Another advertisement
“Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm“.
QafqazTürk.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
“Moskvada və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, – deyə Rusiya prezidenti əlavə edib.