This is a specific ad

Bolnisinin Xidiskuri (Həsənxocalı) kəndində Novruz bayramı şənliyi keçirilib – FOTOLAR

266

Another advertisement

21 mart tarixində Bolnisinin Xidiskuri (Həsənxocalı) kəndində yerləşən “Parlaq Gələcək Gənclər Mərkəzində” Novruz bayramı münasibətilə tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbir “Vətəndaş Bərabərliyi Platformasının” və “Parlaq Gələcək Gənclər Mərkəzinin” təşəbbüsü və təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə Bolnisi meri David Şerazadişvili, Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Bolnisi bələdiyyə məclisinin üzvü Vüqar İsayev, Bolnisi Təhsil Mərkəzinin rəhbəri İamze Qvanidze iştirak ediblər.

Bayram şənliyi Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözüylə “Vətəndaş Bərabərliyi Platformasının” rəhbəri Samirə İsmayılova və “Parlaq Gələcək Gənclər Mərkəzinin” təsisçisi və rəhbəri Araz Musayev açıblar.

Çıxış edənlər sırasında təhsil mərkəzinin gənc əməkdaşı Elza Məmmədova da olub. O, tədbirdə iştirak edən çoxsaylı gürcü gənclərinə Novruz bayramı, onun yaranma tarixi, simvolları, adət-ənənələri haqqında məlumat verib.

Tədbirdə opera müğənnisi İamze Dzağeli və tar ifaçısı Ramin Pirməmmədov da çıxış ediblər.

Mərkəzdə təhsil alan gənclərin və yeniyetmələrin hazırladığı musiqili proqram qonaqlar və yerli əhali tərəfindən rəğbətlə qarşılanıb.

Gürcü və azərbaycanlı gənclərin birgə iştirakı ilə müşayiət olunan rəqslər şənliyə xüsusi rəng qatıb.

Bayram şənliyində qonşu kəndlərin əhalisi də iştirak ediblər.

Novruz bayramı tədbiri “Köçəri yallısı”nın sədaları altında başa çatıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Rusiyada Ümumxalq hüzn günü elan edildi
Öncəki yazı
“Gürcü Arzusu” sakrebulo majoritarlığına namizədlər üçün təyin edilmiş 40 faizlik seçki səddini ləğv etməyi planlaşdırır