This is a specific ad

Rusiya İrana yanacaq ixrac etməyə başlayıb -Reuters

24

oil tankers
Another advertisement

Ənənəvi alıcıların Moskva ilə ticarətdən imtina etməsindən sonra Rusiya bu il ilk dəfə olaraq İrana dəmir yolu ilə yanacaq ixrac etməyə başlayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayır.

Məlumata görə, Moskva və Tehran yaxın əlaqələr qurmaqla bir-birlərinin iqtisadiyyatlarını dəstəklədiklərini və sanksiyaları ədalətsiz hesab etdiklərini göstərmək istəyirlər. Çünkü həm Rusiya, həm də İran Qərbin sanksiyaları altındadır.

Ukraynada müharibə başlayandan sonra Qərb Rusiya neft məhsullarına qarşı sanksiyalar tətbiq etdi. Xüsusilə, G7 ölkələrinin dəniz yolu ilə ixrac edilən Rusiya yüklərinə yüksək tariflər və qiymət məhdudiyyətləri tətbiq etməsindən sonra Rusiya neft şirkətlərinin dizel və benzinin dəmir yolu ilə İrana çatdırılmasına marağı artıb.

İrana gəlincə, o, illərdir ki, Qərbin sanksiyaları altındadır, ona görə də ölkənin qlobal bazarlara çıxışı məhduddur. İranın özü neft hasil edən ölkədir, baxmayaraq ki, istehlak son vaxtlar yerli yanacaq istehsalını üstələyir.

Rusiya və İranın Energetika Nazirliyi bu xəbəri şərh etmir.

Ötən ilin payızında Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya yanacağının İrana daxil olacağını açıqlamışdı. Bununla belə, “Reuters”-in mənbələrinin bildirdiyinə görə, çatdırılma yalnız bu yaxınlarda başlayıb. Fevral və mart aylarında İran böyük ehtimal, Rusiyadan 30 min tona qədər benzin və dizel alıb.

Rusiyadan yanacaq İrana dəmir yolu ilə, Qazaxıstan və Türkmənistan vasitəsilə çatdırılır. “Reuters” həmçinin bildirir ki, Rusiya benzini İrandan yük maşınları ilə qonşu ölkələrə, o cümlədən İraqa göndərilir.

Sonrakı yazı
Çavuşoğlu Ermənistanın törətdiyi təxribatdan danışdı
Öncəki yazı
Arda Turan baş məşqçi oldu