Arda Turan baş məşqçi oldu

0

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun “Qalatasaray” klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə mediyası mlumat yayıb.

Məlumata əsasən 36 yaşlı keçmiş yarımmüdafiəçi Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”u çalışdıracaq.

Komandanı bazar günü Türkiyə I Liqasında “Göztepe” ilə oyuna məhz o çıxaracaq.

Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.

“Eyüpspor” bir neçə gün əvvəl Zafer Turanla yollarını ayırıb.

Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində “Qalatasaray”, “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da formasını geyinib.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Rusiya İrana yanacaq ixrac etməyə başlayıb -Reuters
Öncəki yazı
Bu gün Gürcüstanda Ana dili (Gürcü dili) günü qeyd olunur.