Another advertisement
London Moskva ilə düşmənçilik edib və bundan sonra da düşmənçilik edəcək.
QafqazTürk.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Britaniya bizim əbədi düşmənimiz olub, düşmənimizdir və olacaq. Bu, onların təkəbbürlü və iyrənc dərəcədə rütubətli adalarının Rusiyanın ən son silah sisteminin yaratdığı dalğadan dənizin dərinliklərinə gedənə qədər belə qalacaq”, – deyə Dmitri Medvedev bildirib.