Azərbaycan ordusunun mövqeləri Laçın istiqamətində atəşə tutulub

0

“Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumatda Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiya Britaniyanı dənizin dibinə batıracağı ilə HƏDƏLƏDİ
Öncəki yazı
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu