This is a specific ad

“Rus qanununa yox”-Növbəti aksiya elan edildi

46

Another advertisement

Bu gün saat 19:00-da Parlament binası yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı növbəti aksiya keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları məlumat yayır.

“Məqsəd, vaxt və məkan dəyişməz! Mitinqə gəlin.Rus qanununa  yox! Avropaya doğru”, – məlumatda  deyilir.

Bu gün Telavidə də  rus  qanununa qarşı aksiya elan edilib. Mitinq iştirakçıları saat 19:00-da II Ereklenin abidəsi önündə toplaşacaqlar.

Qeyd edək ki,aprelin 17-də “Gürcü arzusu” rus  qanununu birinci oxunuşda qəbul edib. 83 deputat qanun layihəsini dəstəkləyib.

Aprelin 29-da Hüquq Məsələləri Komitəsi rus qanununu ikinci oxunuşda qəbul edib. Müzakirələr zamanı komitənin sədri Anri Oxanaşvili müxalif deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini sessiyadan xaric edib.

 

Kateqoriya: Siyasət
Sonrakı yazı
Mart ayında Gürcüstanda tikinti bahalaşıb
Öncəki yazı
Miller: Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək