Mart ayında Gürcüstanda tikinti bahalaşıb

0

2024-cü ilin mart ayında tikinti xərcləri indeksi əvvəlki aya görə yüzdə 1,0 artıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə  Milli Statistika Xidməti  məlumat yayıb.

Məlumata görə,qeyd olunan dəyişiklik əsasən tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 5,9 faiz artması ilə əlaqədar olub, bu da ümumi indeksin dəyişməsinə 0,84 faiz bəndi təsir edib.

Qurumun hesabatına əsasən, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 9,1 faiz artıb. İndeksin artımına daha çox tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 35,3 faiz və tikinti materiallarının 3,4 faiz bahalaşması səbəb olub, bu da müvafiq olaraq, ümumi indeksin dəyişməsinə 6,65 və 1,99 faiz bəndi təsir edib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 16,2 faiz artıb.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Çayda itkin düşən yeniyetmələrdən ikincisinin meyiti tapılıb
Öncəki yazı
“Rus qanununa yox”-Növbəti aksiya elan edildi