Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

30

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

QafqazTürk.com xəbər verir ki, Türkiyə Prezidenti dövlət başçısını Ramazan bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb.

Dövlət başçıları telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

19
4
Kateqoriya: Dünya
Sonrakı yazı
BMT Gürcüstanın seçkilərdə gender kvotasını ləğvindən narazıdır
Öncəki yazı
11-13 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ