11-13 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

38

Aprelin 11-13-də Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti davam edəcək. 

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, aprelin 11-də paytaxt Tbilisidə az miqdarda yağış yağacağı, aprelin 12-13-də havanın isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 11-12 apreldə əsasən yağmursuz keçəcəyi, aprelin 13-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 13-də bəzi ərazilərə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): aprelin 11-12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

21
7
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Öncəki yazı
Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media 9 Aprel faciəsində həlak olanları yad ediblər – FOTOLAR