Another advertisement
Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin sayının artırılmasını istəyir.
Bu barədə məlumatı erməni mətbuatı “armenpress” yayır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirir ki, rəsmi İrəvan Ermənistana göndərilmiş Aİ-nin Monitorinq Missiyasının (EUMCAP) imkanlarını genişləndirməyi təklif edir.
Qriqoryanın sözlərinə görə, Ermənistan və Azərbaycanın beynəlxalq sərhədlərini izləmək üçün müşahidəçilərin sayı kifayət etmir: “Biz bütün tərəfdaşlarımıza müşahidəçilərin daha yaxşı müşahidə apara bilməsi üçün onların sayını, eləcə də digər imkanlarını artırmağı təklif edirik”.