• 08 Dekabr 2023 12:42

Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin sayının artırılmasını istəyir.

Bu barədə məlumatı erməni mətbuatı “armenpress” yayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirir ki, rəsmi İrəvan Ermənistana göndərilmiş Aİ-nin Monitorinq Missiyasının (EUMCAP) imkanlarını genişləndirməyi təklif edir.

Qriqoryanın sözlərinə görə, Ermənistan və Azərbaycanın beynəlxalq sərhədlərini izləmək üçün müşahidəçilərin sayı kifayət etmir: “Biz bütün tərəfdaşlarımıza müşahidəçilərin daha yaxşı müşahidə apara bilməsi üçün onların sayını, eləcə də digər imkanlarını artırmağı təklif edirik”.

26870cookie-checkRəsmi İrəvan: Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin sayının artırılmalıdır