This is a specific ad

Qırğızıstan bayrağı dəyişir

45

Another advertisement

Qırğızıstan parlamenti ölkə bayrağında dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

QafqazTürk.com xəbər verir ki, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb.

Milli Məclisin Konstitusiya komitəsində də müzakirəyə çıxarılan qanun layihəsi ilə ölkə bayrağındakı dalğa formalı günəş şüalarının yastılaşdırılması və ortadakı motivdəki xətlərin sayının 3-dən 4-ə çatdırılması təklif edilib.Milli Məclisin sədri Şəkiyev və deputat Ulan Primov tərəfindən hazırlanan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

74 deputatdan 66-sı sənədin lehinə səs verib. Sözügedən qanun layihəsi parlamentdə ikinci və üçüncü oxunuşda qəbul olunduqdan sonra prezidentə təqdim olunacaq. Prezidentin və hökumətin məmuniyyətlə qarşıladığı dəyişikliyi hazırlayanlar Qırğızıstan bayrağını təkmilləşdirməyi hədəflədiklərini bildiriblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ümumgürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi məlum oldu
Öncəki yazı
წალკაში ქალი მოკლეს | დაკავებულია 47 წლის კაცი