Ümumgürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi məlum oldu

2

Bu gün, 1 dekabr tarixində Ümumgürcüstan Müsəlmanları İdarəsinin Tbilisi baş ofisində şeyx seçkiləri baş tutub.

Bu barədə xəbər portalımıza ÜMGİ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, şeyx seçkilərinin nəticələrinə görə Hacı Faiq Nəbiyev 21 səsdən 14-ünü əldə edərək ÜGMİ-nin yeni şeyxi seçilib.

Yeni seçilmiş şeyx qarşıdakı 5 il ərzində vəzifəsini icra edəcək.

Məlumat üçün bildirək ki, şeyx seçkilərində Hacı Faiq Nəbiyev, Hacı Qurban Murquzov və Vidadi Qurbanov namizəd olaraq iştirak edib.

P.S Biz, QafqazTürk Media olaraq Hacı Faiq Nəbiyevə yeni vəzifəsində uğurlar arzulayırıq!

0
0
Kateqoriya: Din
Sonrakı yazı
მოსალოდნელია თბილი და უნალექო ამინდი. 1-4 დეკემბრის პროგნოზი
Öncəki yazı
Qırğızıstan bayrağı dəyişir