Another advertisement
2024-cü ildən Qazaxıstanda uşaqların yeni sosial müdafiə sistemi tətbiq olunacaq.
Parlamentin aşağı palatasında xeyir-dua alaraq yuxarı palataya göndərilən qanun layihəsinə görə, Qazaxıstan Milli Fondu investisiyadan əldə etdiyi gəlirlərin bir hissəsini 18 yaşınadək şəxslər arasında bölüşdürəcək.
Pensiya Fondunda uşaqlara hesab açılacağı, hər ilin əvvəlində ora ABŞ dollarında vəsait köçürüləcəyi bildirilir. Vəsaiti 18 yaşa çatdıqdan sonra almaq mümkündür. Uşaq vəfat edərsə, yığılan pul rəsmi varisə ödənəcək.