Another advertisement
Qazaxıstanda daşqınlar başlayandan 75 mindən çox insan xilas edilib.
QafqazTürk.com xəbər verir ki, ölkəninin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqın dövrü başlayandan 75 min 982 nəfər su basmış ərazilərdən təxliyə olunub.
Bunların 18 min 681-i uşaqlardır. Müvəqqəti yerləşdirmə məntəqələrində 7 min 203 nəfər var. Təbii fəlakət nəticəsində 7 vilayətdə 3 min 745 yaşayış evi və 421 həyətyanı sahə su altında qalıb.
Qəza-xilasetmə işlərinə 16 min 375 nəfər, həmçinin 1600 texnika, 15 təyyarə cəlb olunub.