9-11 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

20

Aprelin 9-10-da Qərbi Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir .

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, aprelin 9-11-də Şərqi Gürcüstanın bəzi ərazilərində yağışlı hava şəraiti gözlənilir.

Aprelin 9-da havanın Tbilisidə buludlu olacağı, aprelin 10-11-də az miqdarda yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 9-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 11-də bəzi ərazilərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 9-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir . Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): aprelin 9-10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi , aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +17, +20 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): vaxtaşırı yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Dusheti, Tianeti, Pasanauri, Dedopliscğaro): vaxtaşırı yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): arabir yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.

14
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qazaxıstanda daşqınlar – 75 mindən çox insan xilas edilib
Öncəki yazı
9-11 აპრილს საქართველოში მოსალოდნელი ამინდი