Qaribaşvili: Bu gün biz ölkəmizdə bütün istiqamətlərdə mühüm irəliləyişin şahidiyik

56

Another advertisement

Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, “Gürcü Arzusu”nun yaradılmasından 11 il ötür.

Yayımlanan bəyanatda Qaribaşvili partiyanın nailiyyətlərindən və “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsi ilə ölkədə firəvanlığının bərqərar olmasından danışır.

Qaribaşvilinin bəyanatı tam şəkildə sizə təqdim edirik.

“Bu gün “Gürcü arzusu”nun yaranmasından 11 il ötür.

21 aprel 2012-ci ildə cənab Bidzina İvanişvili siyasi komandamızı ilk dəfə ictimaiyyətə təqdim etdi. Bu hadisə Gürcüstanın siyasi və ictimai həyatında ən mühüm proseslərin başlanğıcı oldu.

Yada salaq ki, bu, Gürcüstanın ən yaxın tarixində ən çətin dövr idi. Antimilli, anti-dövlət və anti-Avropa rejimi öz vətəndaşlarına qarşı qorxu, terror, zülm və zorakılığı siyasətin əsas silahına çevirdi. Təkcə ölkənin demokratik inkişafı deyil, həm də hər bir insanın həyatı, ləyaqəti və azadlığı risk altında idi. Öz xalqına xəyanət edən bir rejim, ölkəni məhv etmək bahasına olsa belə, hakimiyyəti saxlamağa çalışırdı. Etiraf etməliyik – çoxları bu vəziyyətdən çıxış yolu görmürdü.

Məhz bu şəraitdə cənab Bidzina İvanişvilinin rəhbərliyi ilə “Gürcü arzusu – Demokratik Gürcüstan” yaradıldı. Bu, dövlətimizin inkişaf yolunda mühüm dönüş nöqtəsi oldu. Bu günün perspektivindən bir daha əmin olduq ki, bu əsas qərarla ölkəmiz tamamilə məhv olmaqdan xilas oldu. Bu gün regionda cərəyan edən hadisələrin fonunda şübhəsiz ki, qanlı, antimilli rejim şəraitində Gürcüstan ikinci poliqona çevriləcəkdi.

Gürcüstan əhalisinin böyük əksəriyyətinin dəstəyi ilə biz dinc yolla anti-dövlət rejimini dəyişdirdik və hakimiyyətə gəldikdən dərhal sonra milli siyasət yürütməyə başladıq – suverenliyin möhkəmləndirilməsi, sülhün və sabitliyin, vətəndaşların azadlığının təmin edilməsi. Müstəqilliyin bərpasından sonra bu, yeganə davamlı sülh dövrüdür ki, bu da bizə bütün qüvvələrimizi bütün sahələrin inkişafına sərf etməyə imkan verir. Bu gün biz bütün istiqamətlərdə – rifah, sosial ədalət və demokratiya sahəsində mühüm irəliləyişlərin şahidi oluruq.

Mən xüsusilə Avropaya inteqrasiya yolunda ən böyük irəliləyişi qeyd etmək istərdim – assosiasiya sazişi, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət zonası haqqında saziş, vizasız gediş-gəliş və indi də Gürcüstanın azad Avropa dövlətləri ailəsinə qoşulma prosesi geri dönməz bir forma almışdır.

Bütün bu nailiyyətlər “Gürcü Arzusu”nun hər bir üzvü və tərəfdarının fədakarlığı və gərgin əməyi olmadan mümkün olmazdı. Hamısına təşəkkür edirəm.

Ötən illərə yekun vursaq, motivasiyamız eynidir – biz milli siyasətimizi bundan sonra da daha çox ruh yüksəkliyi ilə aparmalıyıq, kimliyimizin və gücümüzün əsasını təşkil edən hər şeyin qayğısına qalmalıyıq, – ölkənin suverenliyinin möhkəmləndirilməsi, əmin-amanlığın təmin edilməsi, iqtisadi dirçəliş, mədəniyyətimizin, inancımızın, adət-ənənələrimizin, hökumətimizin qorunması və inkişafı və xalqın birliyi ilə – hər bir gürcünün əsas arzusu və məqsədinə doğru – vahid, azad və güclü Gürcüstana doğru irəliləyiş etməliyik”, – Qaribaşvili deyir.

Sonrakı yazı
Türkiyə əhaliyə 1 il pulsuz qaz verilməsinə başlayır
Öncəki yazı
Çavuşoğlu: “Türkiyə ayrı-ayrı ölkələrin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayacaq”