Türkiyə əhaliyə 1 il pulsuz qaz verilməsinə başlayır

0

Qaradəniz qazının Türkiyəyə tədarükünə start verilib.

QafqazTürk.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasim Zonquldakdakı “Filmos” Qaz Emalı Kompleksində baş tutub.

“Bu gün biz eyni vaxtda iki bayramı qeyd edirik – qarşıdan gələn Ramazan bayramı və Türkiyənin enerji müstəqilliyini əldə etməsi üçün mühüm addım olan Qara dəniz qazının tədarükünün başlanmasını.

İlkin mərhələdə ildə 10 milyon kubmetr qaz hasil edəcəyik. Layihənin tam gücünə çatması ilə ölkənin qaz ehtiyacının 30 %-ni ödəyə biləcəyik. Bundan əlavə, layihə sayəsində Filyos və Zonguldakı mühüm enerji və texnoloji bazaya çevirmiş oluruq”, – deyə Ərdoğan bildirib.

Ölkə liderinin sözlərinə görə, Türkiyə əhalisi il ərzində mətbəxdə istifadə etdiyi qaza və sərf edilən isti suya görə pul ödəməyəcək. Bundan əlavə, sakinlər evlərin qızdırılması üçün də bir ay pulsuz qaz alacaqlar.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Aprelin 25-də Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Öncəki yazı
Qaribaşvili: Bu gün biz ölkəmizdə bütün istiqamətlərdə mühüm irəliləyişin şahidiyik