“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” sınaq imtahanları elan edir

10

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə 1+4 proqramı üzrə vahid milli imtahanlara hazırlaşan azərbaycandilli abituriyentlər üçün ödənişsiz sınaq imtahanı təşkil ediləcək.
QafqazTürk.com xəbər verir ki, sınaq imtahanında 11 və 12-ci sinif şagirdləri, eləcə də məzun abituriyentlər iştirak edə biləcəklər.
Qeyd edək ki,bu il keçirləcək sınaq imtahanı Dmanisidə, Bolnisidə, Marneulidə, Qardabanidə, Rustavidə və Tbilisi şəhərində təşkil ediləcək.
20 və 21 aprel tarixlərində keçirləcək sınaq imtahanı aşağıda qeyd olunan mərkəzlərdə baş tutacaq.
20 aprel saat 11:00-da
Bolnisidə -Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (20 aprel saat 11:00-da )
Dmanisidə – Dmanisi Tədris Mərkəzində ( 20 aprel saat 11:00-da)
Tbilisidə -Alyans Gənclər Mərkəzində ( 20 aprel saat 11:00-da )
21 aprel saat 11:00-da
Marneulidə-Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində ( 21 aprel saat 11:00)
Qardabanidə-Qardabani Təhsil və İnteqrasiya Mərkəzində (21 aprel saat 11:00-da)
Rustavidə- Rustavi Təhsil və Mədəniyyət Mərkəzində (21 aprel saat 11:00-da)
“Sınaq İmtahanı-2024”-də iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək vacibdir,qeydiyyatdan keçməyən şəxslər imtahanda iştirak etmək hüququndan yararlana bilməyəcəklər
Qeydiyyat müddəti 17 aprel saat 17:00-kimi davam edəcək, imtahan günü şəxsiyyət vəsiqənizi (şəxsiyyət vəsiqəsi – piradoba) və ya doğum haqqında şəhadətnamənizi (doğum haqqında şəhadətnamə-dabadebis mocmoba) özünüzlə gətirməniz xahiş olunur. Əks təqdirdə imtahana buraxılmayacaqsınız.
İmtahan müddəti ümumi 3 saat davam edəcək, hər fənn üçün 1 saat 35 dəqiqə vaxt ayrılacaq, ilk fənnə verilən vaxt bitmədən ikinci fənnə keçid mümkün olmayacaq
Riyaziyyat-1 saat 35 dəqiqə
Məntiq – 1 saat 35 dəqiqə
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid etməyiniz xahiş olunur.
Əlaqə vasitələri
Telefon ;+995 571 24 24 87
Mail ; qhimbolnisi@gmail.com
Facebook / clic2021
Instagram /caucasus_integration_center
Ünvan; Bolnisi ş, Sulxan-Saba Orbeliani №101
(Bolnisi meriyası ilə üzbəüz)
1
6
Kateqoriya: Təhsil
Sonrakı yazı
Güney Azərbaycanda modul tipli məktəb aşdı: Yaralılar var – VİDEO
Öncəki yazı
ყველა ფიზიკურ პირს, მათ შორის ინდივიდუალურ მეწარმეებს სრულად ჩამოეწერებათ 2021 წლის პირველ იანვრამდე წარმოშობილი და გადაუხდელი აღიარებული საგადასახადო დავალიანება – პრემიერი