Güney Azərbaycanda modul tipli məktəb aşdı: Yaralılar var – VİDEO

19

İranın Marağa şəhərində güclü qasırğa nəticəsində modul tipli məktəb aşıb və tamamilə yararsız hala düşüb. Müəllimlər və şagirdlər arasında xəsarət alanlar var.

QafqazTürk.com xəbər verir ki, “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Marağa şəhər Təhsil İdarəsinin müdiri Hüseyn Əkbərian bildirib.

Onun sözlərinə görə hadisə nəticəsində ümumilikdə altı nəfər yaralanıb. Onlardan üç şagird xəstəxanaya yerləşdirilib, iki şagird və bir müəllim ambulator müalicədən sonra evə buraxılıb.

Qeyd edilib ki, şiddətli qasırğa Marağanın bir sıra kəndlərində evlərə də ciddi ziyan vurub.

9
4
Kateqoriya: Dünya
Sonrakı yazı
9-11 აპრილს საქართველოში მოსალოდნელი ამინდი
Öncəki yazı
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” sınaq imtahanları elan edir