This is a specific ad

Qənirə Paşayeva dünyasını dəyişib

10

Another advertisement

Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Azərbaycan millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tbilisidə Gürcüstan Azərbaycanlıları və şəhid ailələri ilə görüş keçirilib – FOTO
Öncəki yazı
Gürcüstanda yanacaq yenidən bahalaşıb