Putin “Vaqner”in maliyyələşdirilməsindən danışdı: “Bütün xərcini dövlət çəkib”

2

“Dövlət “Vaqner” özəl hərbi şirkətinin saxlanılması ilə əlaqədar xərcləri tam şəkildə təmin edirdi”.

QafqazTürk.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbçi qulluqçularla görüşündə deyib.

Putinin sözlərinə görə, bir il ərzində, yəni 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər “Vaqner”in maliyyələşdirilməsinə 86,3 milyard rubl xərclənib.

“Vaqner”ə gəlincə, biz onlara həmişə böyük hörmətlə yanaşmışıq, çünki onlar cəsarət və qəhrəmanlıq göstərirdilər. Orada xidmət edənlər ölkədə hörmət sahibi idilər. “Vaqner”in bütün qrupunun saxlanılması ilə bağlı xərclər tam şəkildə dövlət tərəfindən qarşılanırdı”, – deyə Putin qeyd edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
“Vaqner” hərbi texnikasını Rusiya ordusuna təhvil verir
Öncəki yazı
Bolnisidə müasir standartlara uyğun peşə məktəbinin tikintisi davam etdirilir