Bolnisidə müasir standartlara uyğun peşə məktəbinin tikintisi davam etdirilir

1

Bolnisi şəhərində müasir standartlara uyğun kollecin tikintisi fəal şəkildə davam etdirilir.

QafqazTürk.com xəbər verir ki, tikinti Gürcüstan Təhsil və Elm Nazirliyinin maliyyəsi ilə həyata keçirilir.

Üçmərtəbəli məktəb 150 şagird üçün nəzərdə tutulub.

Kollecdə nəzəri tədris auditoriyaları, kitabxana, inzibati məkan, konfrans və nümayiş zalları təşkil olunacaq. Bina mərkəzi istilik-soyutma və havalandırma sistemi ilə təchiz ediləcək.

Əlilliyi olan insanlar üçün panduslar, liftlər və uyğunlaşdırılmış vanna otağı təmin ediləcək. Məktəbin həyətində açıq idman meydançası, yaşıl istirahət guşəsi, trenajorlarla təchiz olunmuş məşq meydançası və avtomobil dayanacağı yerləşəcək.

Birinci mərhələdə təhsil müəssisəsi regionun tələbatına uyğun olaraq qısamüddətli və ixtisaslı peşəkar təhsil proqramları təklif edəcək. Tələbələr döşəmə və kirəmit, divar örtükləri, elektrik, santexnika sistemləri, informasiya texnologiyaları dəstəyi, kompüter şəbəkələri və sistemləri üzrə təhsil almaq imkanı əldə edəcəklər.

Peşə məktəbinin tikintisinə “Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyinin” direktoru Levan Suxitaşvili, Kvemo Kartli üzrə dövlət qəyyumu Qiorqi Doxturişvili, Bolnisi, Dmanisi, Tetricğaro və Calqa üzrə deputatları Qoqi Meşveliani, Bolnisi Bələdiyyəsinin meri və yerli özünüidarəetmə nümayəndələri baş çəkiblər.

Çoxsahəli məktəbin tikintisi 2024-cü ilin sonunadək başa çatdırılacaq. Layihənin ümumi dəyəri 6 milyon 700 min laridir.

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
Putin “Vaqner”in maliyyələşdirilməsindən danışdı: “Bütün xərcini dövlət çəkib”
Öncəki yazı
საკვები, რომლებიც ყურბან ბაირამის დროს დასაშვებია სასჯელაღსრულების დაწესებულებებში