Putin: Rusiyanın “nüvə triadası” dünyada qlobal güc balansını saxlamağa imkan verir – ƏTRAFLI

0

Ordunun gücləndirilməsi prioritet olaraq qalır, biz silahlı qüvvələri təkmilləşdirməyə davam edəcəyik.

QafqazTürk xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin hərbi universitetlərin məzunları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, zirehli texnikanın, zərbə döyüş sistemlərinin və hava hücumundan müdafiənin ən son modellərinin yaradılması davam etdiriləcək.

Putin ordunun pilotsuz uçuş aparatları ilə təminatının da davam edəcəyini söyləyib.

“Yaxın gələcəkdə yeni ağır raketlə təmin olunuş” Sarmat” döyüş növbəsinə daxil olacaq. Strateji Raket Qüvvələrinin bölmələrinin təxminən yarısı “Yars” kompleksləri ilə təchiz olunub. Rusiyanın “nüvə triadası”nın silahlanması dünyada qlobal güc balansını saxlamağa imkan verir”, deyə Rusiya Prezidenti vurğulayıb.

0
0
Sonrakı yazı
Hakan Fidan Antoni Blinkenlə görüşüb
Öncəki yazı
Mçxetada avtomobil divara çırpılaraq partlayıb – Ölü və yaralı var