Mçxetada avtomobil divara çırpılaraq partlayıb – Ölü və yaralı var

0

Mçxetada yol qəzası baş verib. 

QafqazTürk.com xəbər verir ki, əldə olan məlumata görə, avtomobilin sürücüsü sükanın idarəetməsini itirib və divara çırpılıb. Nəticədə avtomobil partlayaraq yanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla əlaqədar Mülki Məcəllənin yol hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başlayıb. Sözügedən maddə cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Putin: Rusiyanın “nüvə triadası” dünyada qlobal güc balansını saxlamağa imkan verir – ƏTRAFLI
Öncəki yazı
Marneuli meriyası gənc ideyalar müsabiqəsi elan edib