This is a specific ad

Psixi sağlamlıq haqqında 7 mif: Nəyi bilməliyik?

51

mental health
Another advertisement

Psixi sağlamlıq haqqında mifləri qırmaq və onlara qarşı mübarizə aparmaq insanların istənilən yaşda ehtiyac duyduqları zaman psixololoji dəstək üçün müraciət etməyə təşviq edə bilər. Sizə psixi sağlamlıqla bağlı yeddi ümumi yanlış təsəvvürü təqdim edirik.

1. Mif: İnsan psixi sağlamlıqla əlaqədər çətinliklə üzləşirsə, bu, onun zehni bacarıqlarının zəif olmasından irəli gəlir.

Həqiqət: Fiziki xəstəliklər kimi, psixi xəstəlik, zehni bacarıqlar, müəyyən sosial təbəqəyə mənsubiyyət və ya gəlir səviyyəsindən asılı olmayaraq hər kəsə təsir edə bilər.

2. Mif: Yalnız psixi sağlamlıq ilə əlaqədar çətinliklə üzləşəndə,psixi sağlamlığınızın qayğısına qalmalıyıq. Başqa vaxtlar psixi sağlamlığınızın qayğısına qalmaq önəmli deyil.

Həqiqət: İstənilən şəxs öz rifahını düzətmək və psixi sağlamlığını yaxşılaşdırmaq üçün hər zaman fəal addımlar ataraq, psixi sağlamlığının qayğısına qala bilər. Bu onun gələcəkdə psixi sağlamlıq ilə əlaqədar çətinliklərlə üzləşməkdən qoruyacaqdır. Eynilə, hər kəs fiziki sağlamlığını yaxşılaşdırmaq məqsədilə gündəlik fəal addımlar ata və sağlam vərdişlərə yiyələnə bilər.

3. Mif: Yeniyetmələr arasında psixi sağlamlığla əlaqədar problemlərin olması ciddi deyil. Onlarda sadəcə hormonal dəyişikliklər səbəbindən əhval dəyişikliyi olur və onlar özlərinə diqqət çəkmək istəyirlər.

Həqiqət: Yeniyetmələrdə tez-tez əhval dəyişikliyi olur, lakin bu o demək deyil ki, yeniyetmələr psixi sağlamlıqla əlaqədar çətinliklə üzləşə bilməz. Dünyadakı yeniyetmələrin 14 faizi psixi sağlamlıq problemləri yaşayır. Qlobal səviyyədə rəqəmlərə baxanda 10-15 yaş arası yeniyetmələr arasında ölümün səbəbi kimi intihar hallarının beşinci, 15-19 yaşlı yeniyetmələr arasında isə dördüncü ən çox yayılmış ölüm səbəbi olduğunu görürük. Psixi sağlamlıq ilə əlaqədar problemlərin 50%-i 14 yaşından etibarən başlayır.

4. Mif: İnsanları psixi sağlamlıqla əlaqədar yaranan çətinliklərdən qorumağın heç bir yolu yoxdur.

Həqiqət: Sosial və emosional bacarıqlarını gücləndirmək, erkən yardım və dəstək üçün müraciət etmək, mehriban, sevgi dolu, isti ailə münasibətləri inkişaf etdirmək, müsbət təhsil mühiti və sağlam yuxu rejiminə malik olmaq kimi amillər insanları psixi sağlamlıqla əlaqədar çətinliklərin yaranması ehtimalından qorumaq üçün yardımçı olur. Çətinliklərin öhdəsindən gəlmək bacarığını nümayiş etdirən uşaqlar və yeniyetmələr adətən bioloji müqavimətə, eləcə də ətrafdakı ailə, dostlar və böyüklər ilə möhkəm, sağlam əlaqələrə malikdirlər və nəticədə onlarda psixi sağlamlığı dəstəkləmək üçün qoruyucu amillərin çeşidi yaranır.

5. Mif: Psixi sağlamlıqla əlaqədar çətinliklər zəiflik əlamətidir; həmin şəxs daha güclü olsaydı, bu vəziyyətə düşməzdi.

Həqiqət: Psixi sağlamlıqla əlaqədar çətinliklərin zəiflik və ya iradə çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur. Bu, insanların seçimindən asılı bir hal deyil. Əslində, psixi sağlamlıqla əlaqədar çətinliklərin öhdəsindən gəlmək üçün kömək qəbul etməyin zəruriliyini dərk etmək böyük güc və cəsarət tələb edir. Psixi sağlamlıqla əlaqədar çətinliklər istənilən şəxsdə inkişaf etdirə bilər.

6. Mif: Yaxşı qiymətlər alan və çoxlu dostu olan yeniyetmələrin psixi sağlamlıqla əlaqədar problemləri olmayacaq, çünki onların depressiyaya düşəcək bir əsası yoxdur.

Həqiqət: Depressiyaların özü sosial, psixoloji və bioloji amillərin mürəkkəb qarşılıqlı təsiri nəticəsində yaranan ümumi psixi sağlamlıqla əlaqədar vəziyyətlərdir. Depressiya sosial-iqtisadi vəziyyətdən və ya həyatın nə qədər yaxşı görünməsindən asılı olmayaraq hər kəsə təsir edə bilər. Məktəbdə yaxşı oxuyan yeniyetmələr yüksək nəticə göstərmək üçün özlərini təzyiq altında hiss edə bilər ki, bu da həyacanın və ya ailədə üzvlərlə çətinliklər yaşamasına səbəbinə çevrilə bilər.

7. Mif: Yalnız xoşagəlməz mühit və hadisələr yeniyetmələrdə psixi problemlərə səbəb olur

Həqiqət: Yoxsulluq, işsizlik və zorakılığa məruz qalma, miqrasiya və digər xoşagəlməz hallar və hadisələr də daxil olmaqla bir çox amillər yeniyetmələrin, onlara qayğı göstərənlərin rifahına və psixi sağlamlığına, habelə onlar arasındakı münasibətlərə təsir göstərə bilər. Ancaq mehriban, dəstəklə əhatə olunan, habelə hətta psixi sağlamlığının inkişafı üçün uyğun mühitdə yaşayan yeniyetmələr də psixi sağlamlıqla bağlı çətinliklərlə üzləşə bilərlər. Müvafiq dəstək olduqda, psixı sağlamlıq sahəsində ixtisaslaşmış tibb işçiləri yeniyetmələrə yaşadıqları hər hansı problemin öhdəsindən gəlməyə kömək etməkdə mühüm rol oynaya bilərlər.

Məqalənin mənbəyi:  Teacher’s Guide to the Magnificent Mei and Friends Comic Series

Sonrakı yazı
G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək
Öncəki yazı
G7 ölkələri yaşıl enerjiyə keçidi sürətləndirmək barədə razılaşıblar