Another advertisement
Polşanın Sosnovets şəhərində iki Gürcüstan vətəndaşı saxlanılıb.
QafqazTürk.com yerli mətbuata istinadən xəbər verir ki, cinayətkarlar oteldə 30 yaşlı kişini əvvəlcə döyüb, sonra isə telefonlarını əlindən alıblar.
Polis cinayətkarları oğurlanmış telefonlar vasitəsilə tapıb və həmin gün saxlayıb.
Müsadirə edilən telefonlar sübut kimi götürülüb və cinayətə görə cinayətkarları 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.