Another advertisement
Rusiyada “Vaqner” muzdlularının qiyamı ilə əlaqədər olaraq Polşa ordusu yüksək səviyyəli döyüş hazırlığına gətirilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda əmr imzalayıb.
Qeyd edək ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.