Moskva çayı üzərində hərəkət dayandırıldı – Şəhərə giriş məhdudlaşdırılıb

0

Moskva çayı üzərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

QafqazTürk.com xarici mediaya istindən xəbər verir ki, təhlükəsizlik məqsədi ilə şəhərə giriş məhdudlaşdırılıb.

Şəhər rəhbərliyi sakinləri bundan narahat olmamağa və panikaya düşməməyə çağırıb. 

Qeyd edək ki, Putinin keçmiş aşbazı Yevgeni Priqojin Rusiya hərbçilərinin onun rəhbərlik etdiyi “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Qazaxıstan vətəndaşlarına müraciət etdi: Rusiyanın bu ərazilərinə getməyin
Öncəki yazı
Polşa ordusu döyüş hazırlığına gətirildi