This is a specific ad

Polşa Aİ-ni Rusiya və Belarusa qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

52

Another advertisement

Brüsseldə Avropa Parlamentinin deputatları ilə bağlı qapılar arxasında keçirilən görüşdə Polşanın Avropa İttifaqındakı səfiri Rusiya və Belarusa qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumatda bildirilib ki, Polşanın Brüsseldəki nümayəndəsi Ukraynadakı Kaxovka su elektrik stansiyasının Rusiya tərəfindən dağıdılması ilə bağlı Avropa İttifaqından daha sərt reaksiya verilməsini israr edib. Həmçinin qeyd edilib ki, bu görüşdə Aİ-yə üzv ölkələrin səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər və bu məsələ ilə bağlı koordinasiya bir həftə ərzində davam etdiriləcək.

Polşa nümayəndəsi yeni məhdudiyyətlər layihəsinə Rusiya kənd təsərrüfatı məhsullarının idxalına qadağaların daxil edilməsini təklif edib. Polşa səfiri həmçinin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısını almaq üçün Belarusa qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneulidə infrastruktur layihələri davam etdirilir – FOTO
Öncəki yazı
“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO