This is a specific ad

Marneulidə infrastruktur layihələri davam etdirilir – FOTO

50

Another advertisement

Marneuli bələdiyyəsində infrastruktur layihələri davam etdirilir.

QafqazTürk.com xəbər verir ki, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Parlamentin Marneuli və Qardabani üzrə majoritar deputatı Zaur Darğallı və Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze infrastruktur işləri ilə tanış olublar.

Layihəyə əsasən, Meriyanın tabeliyində olan QKHŞ və MMC-lərin xidmətləri üçün nəzərdə tutulan inzibati bina tikiləcək. Həmçinin, avtobuslar, zibil daşıyan maşınlar və digər xüsusi texnikalar üçün xüsusi binalar təşkil edilir, həmçinin həyətdə avtoyuma da tikiləcək.

Ümumi dəyəri 2 milyon 460 min lari olan layihə tamamilə yerli büdcə tərəfindən maliyyələşdirilib.

İnfrastruktur layihəsinə, dövlət nümayəndəsi ilə birlikdə onun müavinləri Nika Kobaxidze və İliya Calağaniya, Marneuli Munisipaliteti merinin birinci müavini Roin Dekanoidze və yerli hakimiyyət nümayəndələri də baş çəkiblər.

Sözügedən layihənin məqsədinin vətəndaşlar üçün mövcud xidmətlərin əlçatanlığını artırmaq olduğu vurğulanıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə azyaşlı qızı qaçırtmağa cəhd edən şəxslər saxlanıldı – VİDEO
Öncəki yazı
Polşa Aİ-ni Rusiya və Belarusa qarşı sanksiyaları sərtləşdirməyə çağırıb