Pisonero: Yalnız prioritetlər yerinə yetirildikdən sonra status veriləcək

5

Avropa Komissiyasının sözçüsü Anna Pizonero deyir ki, Gürcüstan hökuməti 2022-ci ilin iyulunda ölkə üçün müəyyən edilmiş 12 prioriteti yerinə yetirən kimi Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək.

QafqazTürk xəbər verir ki, bu barədə Anna Pizonero Formula xəbər agentliyinə müsahibəsində bildirib.

“Avropa Komissiyası Gürcüstanın komissiyanın tövsiyyə etdiyi prioritetləri həll edən kimi, Gürcüstana namizəd ölkə statusunun verilməsinə tövsiyyə verməyə hazırdır. 2022-ci ilin iyulunda Gürcüstan hökuməti tövsiyyədə müəyyən edilmiş 12 prioritetin yerinə yetirilməsi üçün fəaliyyət planını təsdiqləyib. Gürcüstan bir sıra sahə üzrə inkişaf nümayiş etdirib. Xüsusilə, Gender Bərabərliyi və Zorakılıqla Mübarizə üzrə İstanbul Konvensiyasını həyata keçirmək üçün seçki sisteminin dəyişikliyi və qanunvericilik paketi qəbul edib. Həmçinin məhkəmələrə öz müşavirələrində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə almağa imkan verən qanun da qəbul etmişdir . Buna baxmayaraq, 12 prioritetin tam həyata keçirilməsi istiqamətində işlər hələdə davam edir. Həmişə olduğu kimi, Avropa İttifaqı Gürcüstanı Avropa İttifaqına üzvlüyə yaxınlaşdıracaq bu transformasiya islahatlarını vaxtında başa çatdırmaq üçün lazım olan texniki yardımı göstərməyə hazırdır. Lakin bunun məsuliyyəti tamamilə Gürcüstanın üzərinə düşür. Avropa Komissiyasının növbəti tövsiyəsi birbaşa Gürcüstan tərəfindən 12 prioritetin icra səviyyəsi əsasında veriləcək”, – Avropa Komissiyasının sözçüsü bildirib.

Məlumdur ki, Avropa Komissiyasının Gürcüstana 2022-ci ildə verilmiş tövsiyələrin icrası ilə bağlı ilk qiymətləndirməsi oktyabrda açıqlanacaq. İlin sonunda, dekabrda Avropa Şurası Gürcüstana namizəd statusunun verilməsini müzakirə edəcək.

0
0
Sonrakı yazı
Tbilisidə 2015-ci ildən bəri ilk dəfə evsiz itlər qeydiyyata alınacaq
Öncəki yazı
Aztəminatlı ailələrin uşaqlarına verilən yardım artıb – ƏTRAFLI