Pensionerlərə şad xəbər – Bu tarixdən pensiyalar artırılacaq

2

2024-cü ildən Gürcüstanda pensiyalar artacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili bəyan edib.

“2024-cü ildən səhiyyə və sosial müdafiə proqramlarının büdcəsi 870 milyon lari artacaq. Yaşı 70 və yuxarı olan şəxslərin pensiyası 50 lari artaraq 415 lari olacaq. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası təxminən 500 lari olacaq. Müqayisə üçün sizə deyim ki, 2012-ci ildə pensiya 110 lari və 125 lari idi. İndi 415 lari, yüksək dağlıq qəsəbələrdə isə 500 lariyə qədərdir. Bu, hökumətimizin gördüyü işin real nəticəsidir. Yaşı 70-dən az olan şəxslərin pensiyası 20 lari artırılaraq 315 lari, yüksək dağlıq ərazilərdə isə 380 lari olaraq müəyyən edilib”, – deyə İrakli Ğaribaşvili bildirib.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ეროვნული ბანკის ინფორმაციით, საქართველოს მთლიანი საგარეო ვალი, 2023 წლის 30 ივნისის მდგომარეობით 24.2 მლრდ აშშ დოლარს შეადგენს.
Öncəki yazı
Levan Davitaşvili Azərbaycanın iqtisadiyyat naziri ilə görüşüb