Parlament “Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi dəstəkləyib

0

Parlament ratifikasiyaya təqdim edilən “Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi 80 səslə dəstəkləyib.

QafqazTürk.com xəbər verir ki, Müdafiə nazirinin müavini Qriqol Qiorqadze müqavilənin təfərrüatları barədə danışıb.

Onun sözlərinə görə, iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığa hərbi təhsil və təlim, maddi-texniki təminat, hərbi tibb, hərbi qanunvericilik və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq istiqamətləri daxildir.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Azərbaycan, Türkiyə və Gürcüstan hərbiçiləri Bakıda təlim keçdilər – FOTO
Öncəki yazı
Rustavidə yeni cəzaçəkmə müəssisəsi tikilir