Azərbaycan, Türkiyə və Gürcüstan hərbiçiləri Bakıda təlim keçdilər – FOTO

12

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir”, – deyə məlumatda bildirilib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Ərdoğan Bakı səfəri barədə paylaşım etdi
Öncəki yazı
Parlament “Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi dəstəkləyib