This is a specific ad

Numan Kurtulmuş: “Öhdəliklər yerinə yetirilməsə, İsveçin NATO-ya daxil olmasına icazə verilməyəcək”

65

Another advertisement

“Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Əks halda Ankara bu ölkənin alyansına qoşulmağına razı olmayacaq”.
QafqazTürk.com xəbər verir ki,bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş bildirib.
“Türkiyə İsveçdən memorandumun öhdəliklərini konkret olaraq yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik”, – Türkiyə parlamentinin spikeri bəyan edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İrakli Ğaribaşvili Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb – FOTO/VİDEO
Öncəki yazı
Polşada Avropa Oyunlarının açılış mərasimi keçirilir