İrakli Ğaribaşvili Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb – FOTO/VİDEO

3

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi, qubernator Seyfullah Hacımüftüoğlu ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq və əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparılıb.

Bildirilib ki, hökumətlər arasında mövcud tərəfdaşlığı daha da dərinləşdirmək və gücləndirmək istəyinin olması alqışlanır.

Bununla yanaşı, Gürcüstan, Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasına verdiyi güclü dəstəyi yüksək qiymətləndirdiyi də qeyd edilib.

İkitərəfli strateji tərəfdaşlığın təkcə siyasi və iqtisadi istiqamətdə deyil, həm də təhlükəsizlik istiqamətində daha da dərinləşdirilməsinin vacib olduğu da diqqətə çatdırılıb.

Gürcüstan və Türkiyə arasındakı təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət yetirilib. Regionun sabit və davamlı inkişafının təmin edilməsi baxımından bu istiqamətdə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət administrasiyasında keçirilən görüşdə daxili işlər naziri Vaxtanq Qomelauri və Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay da iştirak ediblər.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
მარნეულის საჯარო სკოლებში პედაგოგები შვებულებაში 1 ივლისიდან გავლენ
Öncəki yazı
Numan Kurtulmuş: “Öhdəliklər yerinə yetirilməsə, İsveçin NATO-ya daxil olmasına icazə verilməyəcək”