Another advertisement
Bağdati bələdiyyəinin Nergeeti kəndində baş vermiş təbii fəlakət zonasında daha iki nəfərin meyiti tapılıb.
QafqazTürk.com xəbər verir ki, bununla da fəlakət zonasında ölənlərin sayı 8-ə çatıb.
Bununla yanaşı, Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda dağıntılar altında daha bir nəfər axtarılır.
Xatırladaq ki, Bağdati Bələdiyyəsinin Nergeeti kəndində Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin 200-dən çox yanğınsöndürən və xilasedici əməkdaşları axtarış-xilasetmə tədbirləri həyata keçirir.