Bu gün parlamentdə hökumətə etimad məsələsi müzakirə olunacaq

2

Sabah, 8 fevral tarixində parlamentin plenar iclasında Nazirlər Kabineti və hökumət proqramı olan “Avropa dövlətinin qurulması” etimad səsverməsinə çıxarılacaq.

QafqazTürk.com xəbər verir ki, Parlament qanunlayihəsinə birinci oxunuşda baxılması üçün müəyyən edilmiş qaydada hökumətin tərkibinə etimad bəyannaməsi məsələsini müzakirə edəcək və səsverməyə qoyacaq.

Bu o deməkdir ki, baş nazirliyə namizəd əvvəlcə hökumət proqramını təqdim edəcək, ondan sonra deputatlar suallar verəcək, komitələr, fraksiyalar, siyasi qruplar daxilində çıxışlar olacaq.

Parlamentin etimadını almaq üçün parlamentin tam tərkibinin əksəriyyətinin, daha dəqiq desək, 76 deputatın dəstəyi lazımdır.

Nazirlər Kabinetindəki dəyişiklik yalnız müdafiə nazirinə təsir edib. Cuanşer Burçuladzeni parlamentin vitse-spikeri İrakli Çikovani əvəz edəcək.

Hökumət aşağıdakı tərkibdə parlamentə təqdim edilib:

Baş nazir – İrakli Kobaxidze

Təhsil, Elm və Gənclər naziri – Giorgi Amilaxvari

Ekologiyanın Mühafizəsi və Kənd Təsərrüfatı naziri – Otar Şamuqiya

İqtisadiyyat və Davamlı İnkişaf naziri – Levan Davitaşvili

Gürcüstanın Müdafiə naziri – İrakli Çikovani

Ədliyyə naziri – Rati Breqadze

Mədəniyyət və İdman Naziri – Tea Culukiani

İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri – Zurab Azaraşvili

Regional inkişaf və İnfrastruktur naziri – İrakli Karseladze

Xarici İşlər naziri – İlya Darçiaşvili

Maliyyə naziri – Laşa Xuçişvili

Daxili İşlər naziri – Vaxtanq Qomelauri

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri – Tea Axvlediani

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Xaşuri bələdiyyəsində təbii fəlakət baş verib – Sakinlər təxliyyə edilir
Öncəki yazı
Nergeeti fəlakət zonasında daha iki cəsəd tapılıb – Ölənlərin sayı 8-ə çatıb