Another advertisement
“NATO Ukraynaya 2,4 milyard avro dəyərində sursat tədarük edəcək”.
QafqazTürk.com xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq məlumat verib.
Stoltenberqin Vladimir Zelenski ilə görüşündən sonra dediyinə görə, “NATO və Ukrayna əsas sursat növlərinin tədarükünə dair ikitərəfli müqavilələr imzalayıblar”. Alyansdan Ukraynaya 155 mm-lik artilleriya mərmiləri, tank əleyhinə raketlər və 120/105 mm-lik tank mərmilərinin çatdırılacağı məlum olub.