Mübariz Qurbanlı Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb

0

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Tbilisidəki Cümə məscidində olub.

QafqazTürk.com xəbər verir ki, DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) din xadimləri ilə görüşüb, məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə dini qurumların rolu və s. məsələlər diqqət mərkəzində olub.

GMİ-nin sədri Hacı Ramin İgidov Gürcüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ətraflı məlumat verib.

Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. İslam dini icması da bu qayğıdan kənarda qalmayıb.

Görüşdə hər iki ölkədə mövcud olan dini dözümlülük, tolerantlıq dəyərlərinin qorunması, zərərli dini meyillərə, separatçı qüvvələrə qarşı birgə mübarizə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidəki Botanika bağında azərbaycanlıların panteonunu da ziyarət ediblər.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Azərbaycanın və Gürcüstanın dini qurumlarla iş üzrə dövlət qurumları əməkdaşlıq memorandumu imzalayıblar
Öncəki yazı
Mübariz Qurbanlı: “Gürcüstanda azərbaycanlı din xadimlərinin hazırlanmasında iştirak etmək istəyirik”