Azərbaycanın və Gürcüstanın dini qurumlarla iş üzrə dövlət qurumları əməkdaşlıq memorandumu imzalayıblar

0

“Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

QafqazTürk.com xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze imzalayıblar.

Bildirilib ki, sənəddə iki ölkənin Dini qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin, konfrans, “dəyirmi masa” və seminarların təşkili və sair məsələlər əksini tapıb.

İmzalanma mərasimindən sonra hər iki qurum rəhbəri mətbuata açıqlama verib.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda etnik azlıqlara yönəlik kampaniya – “Gürcü dili bizi birləşdirir”
Öncəki yazı
Mübariz Qurbanlı Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb