This is a specific ad

Marneulidə “Ənənəvi Türk Oxculuq Kursu” layihəsi çərçivəsində oxatma yarışı təşkil olunub

11

Another advertisement

Marneulidə Azərbaycan Evinin idman zalında İnkişaf və Təhsil Mərkəzi, “Yunus Emre İnstitutu ” (YEE) və Azərbaycan Evinin birgə həyata keçirdiyi “Ənənəvi Türk Oxculuq Kursu” layihəsi çərçivəsində oxatma yarışı təşkil olunub.

Qonaqlar çıxışlarında bu kimi yarışların təşkilini yüksək qiymətləndirib və gənclərə gələcək yarışlarda uğurlar arzu ediblər.

Yarışın iştirakçılarına və qaliblərinə sertifikatlar və medallar təqdim olunub.

Həyata keçirilən yeniyetmə və gənclərin mübarizəsində Rza Axverdov I, Əminə Əhmədova II, Maya Məmişova III, böyüklərin mübarizəsində isə Qasım Əliyev I, Tahir Mahmudov II, Aytəkin Allahverdiyeva III yerin sahibi olublar.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Peskov: “Priqojinə qarşı cinayət işinə xitam veriləcək”
Öncəki yazı
Rusiyada orduda xidmət yaşı 70-ə qaldırıldı