This is a specific ad

Marneuli Munisipalitetinin nümayəndə heyəti Slovakiyada rəsmi səfərdə olub

95

Another advertisement

Marneuli Munisipalitetinin nümayəndə heyəti, SİM şəxslərin məşğulluğunun təşviqi təcrübəsini bölüşmək məqsədilə Slovakiyada rəsmi səfərdə olub.

Səfər çərçivəsində, iştirakçılar SİM şəxslərin məşğulluğunun müxtəlif üsulları və bu istiqamətdə Slovakiya qanunvericiliyi ilə tanış olaraq, “Rodniçka” sosial müəssisəsində, reabilitasiya mərkəzində və əmək bazarında SİM şəxslərin məşğulluğunun yaxşı nümunəsi olan “McDonald’s” filiallarından birinə baş çəkiblər. Həmçinin Banska Bistrica regionunun özünüidarəsi, Slovakiya Respublikasının Əmək, Sosial Müdafiə və Ailə Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilib, Slovakiya ekosistemi haqqında prezentasiyalar təşkil edilib.

Səfərdə yerli özünüidarəetmə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin tərəfdaş qeyri-hökumət təşkilatı TENENET-ə qonaq olaraq, TENENET-in yaranma tarixi və fəaliyyəti ilə tanış olublar. Görüşə sözügedən təşkilatın təcrübəli eksperti Viera Zahortsova sədrlik edib.

Tədris səfəri “Gürcüstanda sağlamlıq imkanları məhdud olan şəxslərin məşğulluğunun təşviqi və əmək siyasətinin optimallaşdırılması – 2” layihəsi çərçivəsində, “Slovak Aid”-in dəstəyi ilə həyata keçirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Baş nazir İrakli Ğaribaşvili Macarıstanın baş naziri Viktor Orbanla görüşüb
Öncəki yazı
Az yatmaq təzyiqi artırır, insanı kökəldir