This is a specific ad

Az yatmaq təzyiqi artırır, insanı kökəldir

30

Another advertisement

Yuxu müddəti bədən kütləsi indeksinə, qan təzyiqi, ürək xəstəliyi və diabetə təsir edir.

Orta yaşda olan insanlar hər gecə ən azı yeddi-doqquz saat yatmalıdır. Bununla belə, yeni bir araşdırma göstərdi ki, əlavə gündüz yuxusu müəyyən risklərlə səbəb olur.

QafqazTürk.com xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, müntəzəm olaraq günorta saatlarında 30 dəqiqə və ya daha çox yatan insanlar müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkir.

“Onlar yatmayanlara nisbətən daha yüksək bədən kütləsi indeksinə, qan təzyiqinə və ürək xəstəliyi, diabetlə əlaqəli bir sıra digər xəstəliklərə meyilli olur.

Tədqiqat göstərir ki, əgər yeniyetmələr gündə 7 saatdan yatarsa, o zaman piylənmə ehtimalı 70% artır. Yeniyetmələr 7 ilə 8 saat arasında yatsalar belə, onların çəki artımı riski 8 saat yatanlarla müqayisədə 29% yüksəkdir.

Araşdırma aparan ispan alimləri hesab edirlər ki, bütün yeniyetmələr gündə ən azı 8 saat yatmalıdır.

Bu, həmçinin böyüklərə də aiddir. Əsasən də gecə yuxusu çox vacibdir. Gecə yuxusu normal olarsa, gündüz vaxtı yatmağa ehtiyac qalmayacaq, piylənmə və hipertoniyadan da qorunmuş olacaqsız”

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Marneuli Munisipalitetinin nümayəndə heyəti Slovakiyada rəsmi səfərdə olub
Öncəki yazı
Gürcüstanda baş vermiş qəzalarda ölənlərin sayı – STATİSTİKA