This is a specific ad

Gürcüstanda baş vermiş qəzalarda ölənlərin sayı – STATİSTİKA

54

Another advertisement

Yanvar-mart aylarında Gürcüstanda baş verən yol qəzalarında ikisi uşaq olmaqla 93 nəfər ölüb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin birinci rübündə ölkədə ağır nəticələrlə nəticələnən 1153 yol qəzası baş verib ki, nəticədə 1480 nəfər xəsarət alıb.

Ən çox rast gəlinən qəza növləri hərəkətdə olan avtomobillə toqquşma, piyadanı vurmaq və motosikletlə törədilən qəzalardır.

Qəzaların əksəriyyəti sürət həddinin aşılması səbəbindən baş verib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Az yatmaq təzyiqi artırır, insanı kökəldir
Öncəki yazı
Gürcüstanda həkimlərin çoxluğu və tibb bacılarının çatışmazlığı var – DETALLAR