Marneuli meriyası gənc ideyalar müsabiqəsi elan edib

0

Marneuli meriyası gənc ideyalar müsabiqəsi elan edib. İdeyalar müsabiqəsində 18 yaşdan 30 yaşa qədər olan şəxslər iştirak edə bilər.

Müsabiqə şərtlərini təqdim edirik:

Layihə təqdim edən subyektlər bunlardır:

• Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş 18 yaşdan 30 yaşa qədər, proqramda nəzərdə tutulmuş layihələrin məqsədinə uyğun olaraq “donor”-dan maliyyə almamış Gürcüstan vətəndaşları;
• Marneuli bələdiyyəsində bu proqramın məqsədinə uyğun layihə həyata keçirən yerli QHT;
• Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş 18 yaşdan 30 yaşa qədər Gürcüstan vətəndaşları tərəfindən yaradılmış təşəbbüs qrupu.
Gənc ideyalar layihəsinin istiqamətləri bunlardır:
• Vətəndaşların məlumatlandırılması;
• İnteqrasiyaya dəstək;
• Sağlam həyat tərzinin populyarlaşdırılması;
• Ətraf mühitin mühafizəsi;
• Xüsusi ehtiyacı olan gənclərə dəstək.
Layihənin formatı:
• Müraciət mütləq gürcü dilində təqdim olunmalıdır;
• Müraciətlərin son qəbul vaxtı: 2023-cü il 5 iyul;
• Müraciət tam şəkildə, sənədlərlə birlikdə (Forma N1 aplikantın ərizəsi; Forma N2 layihə üçün müraciət, Forma N3 layihənin büdcəsi; Layihə təqdim edənin şəxsiyyət vəsiqəsinin surəti; Ehtiyaca uyğun olaraq, başqa əlavə sənədlər) Marneuli bələdiyyə meriyasının rəsmi elektron poçtuna – municipaliteti@marneuli.gov.ge-yə göndərilməli, yaxud sənədlərin əsli Marneuli meriyasında qeydiyyatdan keçirilməlidir; Sənədlərin imzalı və ya mövcud olduğu halda möhürlə təsdiqlənməsi mütləqdir.
• Seçiləcək namizədlərlə fərdi əməkdaşlıq ediləcək (Söhbət, lazım olan halda əlavə sənədlərin tələb edilməsi; Layihə büdcəsi ilə bağlı əlavə formanın doldurulması);
• Suallarınız olan halda əlaqə saxlayacağınız şəxs: Qiorqi Parciani (Tel: 595928150)
• Layihəni təqdim olunduqdan bir ay ərzində komissiya müzakirə edəcək;
• Əgər üzrlü hal qeydə alınarsa komissiyanın qərarı ilə bu müddət bir aydan artıq olmadan uzadıla bilər.

0
0
Sonrakı yazı
Mçxetada avtomobil divara çırpılaraq partlayıb – Ölü və yaralı var
Öncəki yazı
Kreml Baydenin Si Cinpin haqqında dediklərinə münasibət bildirib – ƏTRAFLI