This is a specific ad

Levan Xabeişvili: “Ölkə üzrə 73 bələdiyyə, şəhər və rayonda seçkilər keçiriləcək”

56

Another advertisement

“Ölkə üzrə 73 bələdiyyə, şəhər və rayonda seçkilər keçiriləcək və ” Vahid Milli Hərəkat”-ın seçiciləri rayon və şəhər təşkilatlarının sədrlərini, siyasi şuranın üzvlərini seçəcəklər”.

QafqazTürk.com xəbər verir ki, bunu “Vahid Milli Hərəkat”ın lideri Levan Xabeişvili deyib.

“Son bir ay ərzində “Milli Hərəkat”ın müxtəlif bələdiyyə və şəhərlərdə 45 yeni ofisi açılıb. Buna uyğun olaraq infrastruktur tamamilə bütün bələdiyyələrdə, yəni şəhərlərdə, rayonlarda, paytaxtda vəd edilmiş seçkilərin keçirilməsi üçün hazırdır. Söhbət seçkilərin keçiriləcəyi 73 seçki dairəsindən gedir. Beləliklə “Vahid Milli Hərəkat”ın seçiciləri bu və ya digər şəhərdə təşkilata kimin rəhbər olmasının həllində iştirak edəcək, həmçinin hər bir rayon, şəhər və bələdiyyədə 73 siyasi dairədə nümayəndəsi olacaq. Aprelin 30-dək işçi qrupu yaradılmalıdır. Bütün maraqlı şəxslərə, Bidzina İvanişviliyə qarşı mübarizə aparmaq istəyən şəxslərə müraciət etmək istəyirəm ki, aprelin 30-dək “Milli Hərəkat”ın Mərkəzi Bürosuna müraciət edin ki, işçi qrupuna qoşula biləsiniz”- deyə Levan Xabeişvili bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Levan Xabeişvili: “Mən şayiələrlə məşğul olmaq fikrində deyiləm”
Öncəki yazı
Gürcüstanda şəhərlərin və kurortların bərpası işləri planlaşdırılır