This is a specific ad

Laqodexidə külək ağacları uçurub -minlərlə insan işıqsız qalıb

102

Another advertisement

Laqodexi bələdiyyəsində təbii fəlakət – güclü külək çoxillik ağacları qırıb. Nəticədə mərkəzi magistral yolun Laqodexi istiqamətində hərəkəti bir neçə saat ləngiyib. Kökündən qopan ağaclar vətəndaşlara və dövlət qulluğuna məxsus avtomobillərin üzərinə aşıb. Külək bir neçə yaşayış evinin dam örtüyünü qismən uçurub. Elektrik verilişi xətləri zədələnib, bu səbəbdən 7000-ə qədər abonent elektrik enerjisi ilə təmin olunmayıb.
Eyni bələdiyyənin bir neçə kəndində yaşayış evlərinin birinci mərtəbələrinə su daxil olub.

Kateqoriya: Gündəm, Region
Sonrakı yazı
Dünyanın ən dəyərli futbolçusu məlum olub
Öncəki yazı
İşğalçılar Gürcüstan vətəndaşını Axalqori , Axmac kəndi yaxınlığında qanunsuz olaraq saxlayıblar